Məzmuna keç
← İşlər

Kredit tarixçəsi olmayan fermerlər üçün 3 servisli full-stack kredit platforması.

Rol
Full-stack developer
Növ
Fintech · Full-stack
İl
2026
Linklər
GitHub ↗
AgriKöprü screenshot
AgriKöprü on a phone

Problem

Kənd yerlərində fermerlərin çoxunun kredit tarixçəsi yoxdur. Ona görə banklar onların krediti qaytara biləcəyini qiymətləndirə bilmir.

Həll

Mobil tətbiq, əsas API və skorinq servisindən ibarət platforma. Fermer qeydiyyatdan keçir, müqavilə bağlayır və kredit skorunu izahı ilə birlikdə görür. Düyməli telefonlar üçün USSD axını da var.

Nə etdim

  • Express və PostgreSQL (Supabase, PostGIS) üzərində 20 endpoint-li REST API qurdum: qeydiyyat, fermerlər, müqavilələr, skorinq və sənəd yükləmə.
  • Telefon təsdiqi üçün OTP axını yazdım: kodun müddəti bitir, bir neçə səhv cəhddən sonra nömrə müvəqqəti bloklanır.
  • Müqavilə imzasını iki tərəfli qurdum: alıcı OTP ilə təsdiqləyir, fermer tətbiqdə OTP ilə, düyməli telefonda isə USSD menyusunda PIN ilə imzalayır.
  • ÇKS sənədi yüklənəndə qeydiyyat forması özü dolur: API faylı skorinq servisinə ötürür, torpaq sahəsi və digər məlumatlar sənəddən oxunur.
  • Fermer və alıcı üçün ayrı ekranları olan React Native tətbiqi yazdım: kredit skoru, hər amilin təsiri, kredit limitinin izahı və skor tarixçəsi qrafiki.
  • API-ni FastAPI skorinq servisinə bağladım: servis cavab verməyəndə API aydın 502 xətası qaytarır, verilənlər bazası xətaları isə mərkəzi middleware-də uyğun HTTP kodlarına çevrilir.

Necə qurulub

Mobil tətbiqReact Native, fermer və alıcı
USSDDüyməli telefonlar
Express API20 endpoint, OTP
Skorinq servisiFastAPI, skor və ÇKS oxuma
PostgreSQLSupabase, PostGIS

Fermer ÇKS sənədini yükləyir, skorinq servisi onu oxuyub formanı doldurur. OTP təsdiqindən sonra fermer bazaya yazılır.

Texnologiyalar

  • Node.js
  • Express
  • PostgreSQL
  • Supabase
  • React Native
  • Expo
  • FastAPI
  • REST API
Növbəti layihəArchitectMCP