Məzmuna keç
← İşlər

Universitet komediya klubu üçün admin panelli, avtomatik tərcüməli ikidilli sayt.

Rol
Full-stack developer
Növ
Canlı sayt · müştəri
İl
2026
Witty Minds Club screenshot
Witty Minds Club on a phone

Problem

Klubun texniki bilikləri olmayan üzvlərinin özlərinin idarə edə biləcəyi ikidilli sayta ehtiyacı var idi.

Həll

9 səhifəli sayt və admin panel. Üzvlər tədbirləri, xəbərləri, komandanı və qalereyaları özləri idarə edir, ingilis versiyası isə avtomatik tərcümə olunur.

Nə etdim

  • Klub üçün 9 səhifəli ikidilli (AZ/EN) saytı tək başına qurub wittyminds.com.az ünvanında istifadəyə verdim.
  • Payload CMS ilə admin panel qurdum: üzvlər tədbirləri, xəbərləri, komandanı, qalereyaları və sayt ayarlarını kod bilmədən idarə edir.
  • DeepL ilə avtomatik tərcümə yazdım: Azərbaycan mətni saxlananda ingilis versiyası dolur, zəngin mətnin formatı qorunur, əl ilə edilmiş düzəlişlərin üstünə yazılmır və admin gözləmir.
  • 4 ictimai formanı (üzvlük, təklif, əlaqə, tədbirə qeydiyyat) honeypot, IP üzrə limit, server tərəfli Cloudflare Turnstile və validasiya ilə qorudum.
  • Tədbir qeydiyyatına yer limiti və bağlanma vaxtı əlavə etdim, eyni şəxsin iki dəfə qeydiyyatını verilənlər bazası səviyyəsində bağladım.
  • Vercel, Neon Postgres və Vercel Blob üzərində yayımladım: build zamanı miqrasiyalar işləyir, admində edilən dəyişiklik saytı dərhal yeniləyir, sitemap və hreflang qurulub.

Necə qurulub

ZiyarətçilərAZ / EN
Klub üzvləriAdmin paneldən
Next.js9 səhifə, 4 forma
Payload CMSAdmin və məzmun
PostgreSQLNeon
DeepLAvtomatik tərcümə

Üzv tədbiri azərbaycanca yazır, DeepL ingilis versiyasını doldurur və hər şey bazaya yazılır.

Texnologiyalar

  • Next.js
  • Payload CMS
  • PostgreSQL
  • TypeScript
  • Tailwind CSS
  • DeepL
  • Neon
  • Vercel Blob
  • Resend
  • Vercel
Növbəti layihəBHOS Football